Evin həyətindən külli miqdarda çətənə kolu tapıldı
31 may 2020 13:00 (UTC +04:00)

Evin həyətindən külli miqdarda çətənə kolu tapıldı

Saatlıda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Nəriman Məmmədov saxlanılıb.

N. Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş, çəkisi 8 kiloqramdan artıq 131 ədəd çətənə kolu və 240 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1741
avatar

Mehman Nəbiyev

Oxşar yazılar