Qarpızın bilmədiyiniz 4 FAYDASI
30 may 2020 18:56 (UTC +04:00)

Qarpızın bilmədiyiniz 4 FAYDASI

İsti yay aylarının sevilən giləmeyvəsi qarpız, ləzzəti ilə bərabər, saysız hesabsız faydaları ilə də süfrələrimizi zənginləşdirir. Bəs qarpız nələrə xeyirlidir? tərkibində hansı vitamin və minerallar var?

Lent.az sizə qarpızın bilmədiyiniz faydalarını təqdim edir.

Olduqca doydurucu və sərinlədən xüsusiyyəti ilə soyuducularımızdan əksik olmur. Ona qırmızı rəng verən likopenin tərkibli olması, xərçəng riskini azaldır. Qarpız, pis xolesterolun azaldılmasına kömək etməklə ürək sağlamlığı baxımından faydalar verir. Həm də damar tıxanıqlığının qarşısını alır.

1.

Bir çox meyvə-tərəvəzə rəng verən likopen qarpızın tərkibində olduqca çoxdur. Likopen sayəsində, prostat xərçəngi riski azalır, ürək xəstəliklərindən qorunma təmin olunur, damar tıxanıqlığının qarşısı alınır. Tərkibindəki L-sitrulin adlı komponent sayəsində qarpız, idman və ya uzun müddət ayaq üstə dayanmaqdan yaranan əzələ ağrısında azalma yaradır, damarları rahatlaşdırır.

2.

Qarpızın tərkibində olan A vitamini göz sağlamlığını qorumaq üçün zəruri vitaminlərdən biridir. Quru gözlər, gözdə infeksiya və görmə qabiliyyətinin zəiflədilməsi A vitamini əlavələrinə ehtiyac olduğunu göstərir. Katarakt və sarı ləkələr riskini azaltmağa da kömək edir.

3.

Tərkibinin 91%-i sudur. Bu da uzun müddət susuz qaldıqda yaranan halsızlığı aradan qaldırmağa kömək edir.

4.

Tərkibi A, C, B1, B3, B5, B6 ve B92 vitamin və mineralları ilə zəngindir.

154 qram qarpızda, 46 kalori, 0.9 qr protein, 0.6 qr qida lifi, 10 qr şəkər, 141 qr su var.

Çox qəbul edildikdə, şişkinlik, mədə bulantısı, qusma, həzm problemi və izhal yarada bilir. Həmçinin tərkibinin kalsiumla zəngin olması, böyrəklər üçün də problem yarada bilər.

 Banu

 

 

# 21055
avatar

Oxşar yazılar