“Barselona” Lautaro Martineslə anlaşdı
29 may 2020 13:54 (UTC +04:00)

“Barselona” Lautaro Martineslə anlaşdı


İspaniyanın “Barselona” klubu İtaliya “İnter”inin argentinalı hücumçusu Lautaro Martinesin transferi ilə bağlı çalışmaları davam etdirir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi futbolçunun şəxsi müqaviləsi barədə anlaşma əldə edib.

Cənubi amerikalının agentləri ilə danışıqlar müsbət nəticələnib. Keçid baş tutsa, futbolçu bonuslardan əlavə ildə 12 milyon avro qazanacaq.

Lakin Lautaronun transferi üçün “Barselona” “İnter”lə də razılıq əldə etməlidir. Kataloniyalılar Milan təmsilçisinə 22 yaşlı forvard üçün 80 milyon avro və müdafiəçi Xunior Firponu təklif edib.

# 2779
avatar

Oxşar yazılar