05:24
28 May 2020

Udmurtiyanın rəhbəri koronavirusa yoluxdu

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov koronavirusa yoluxub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Regional Qərargahın “telegram” kanalında məlumat verilib.

“Təxminən bir xəstə ilə təmasda olduğumu bilirəm, bu, mayın 21-dən sonra olub”, deyə Breçalov vurğulayıb.

Udmurtiya rəhbərinin mətbuat xidməti hazırda Breçalovun özünü yaxşı hiss etdiyini və karantinə alındığını bildirib.

Qeyd edək ki, bu həftə Tuva rəhbəri Şolban Kara-oolda da koronavirus infeksiyası aşkarlanıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması ilə bağlı şübhələri isə ölkə parlamentinin spikeri təkzib edərək, bunu şayiə adlandırıb.

Dİgər xəbərlər