Fransada koronaviruslu xəstələrin sayı azalmaqdadır
28 may 2020 00:12 (UTC +04:00)

Fransada koronaviruslu xəstələrin sayı azalmaqdadır

 

Fransada koronavirusdan ölənlərin sayı 28 596-a çatıb, bu diaqnozla xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusdan ölən 28 596 nəfərdən 18260 nəfəri xəstəxanalarda dünyasını dəyişib. 

Epidemiya başlayandan bəri 101 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 17,8 min nəfəri reanimasiyadadır. 66 mindən çox xəstə sağalib.

Son məlumata görə, xəstəxanalarda 15 680 nəfər xəstə var, onlardan 1501 nəfəri reanimasiyadadır. 

Son 24 saat ərzində 271 yeni xəstə xəstəxanalara qəbul edilib, onlardan 32-si reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiyada olan xəstələrin ümumi sayı çərşənbə axşamı ilə müqayisədə 54 nəfər azdır.

# 2401
avatar

Oxşar yazılar