Rusiyalı supermodel karantinli Nyu-York küçələrində  - FOTO
27 may 2020 14:05 (UTC +04:00)

Rusiyalı supermodel karantinli Nyu-York küçələrində - FOTO

Karantin 34 yaşlı İrina Şeykin Nyu-Yorkdan ayrılması üçün bir səbəb olmadı - supermodel şəhərdə qalır və həyat tərzini çox dəyişdirmir, bu, küçələrdə tez-tez çəkilən şəkillərindən də xəbər verir.

Lent.az bildirir ki, Qərb KİV-lərinin məlumatına görə, rusiyalı model bu həftənin əvvəlində dostları ilə Anma gününü qeyd etmək üçün dostları ilə görüşüb. 

Paparatsilər İrinanın qonaq gedərkən qapıda yaxalayıblar. Geyimindən poduiumlar ulduzunun istirahət günləri əyləndiyini təsdiqləyib: o, açıq qara yarıqlı paltarda, rahat idman ayaqqabısında və cins pencəkdə olub. 

Pandemiya zamanı Şeyk işsiz qalmayıb, baxmayaraq ki, moda sənayesində işlər, digərləri kimi, yavaşlayıb. Supermodel, Intimissimi brend alt paltarı markası ilə əməkdaşlıq etməyə davam edir. 

# 4147
avatar

Oxşar yazılar