2209
23:45
24 May 2020

Çavuşoğlu azərbaycanlı həmkarını təbrik etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA -ya bildirilib ki, Nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May - Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.