5170
00:09
24 May 2020

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”