
Koronavirus xəstənin bədənində yenidən aktivləşə bilər – ŞOK AÇIQLAMA
“Koronavirusa yoluxmuş xəstə sağaldıqdan sonra da yeni növ virus onun bədənində yenidən aktivləşə bilər. Bu, stres, yaxud güclü soyuqdəymə nəticəsində özü-özünü bərpa edə bilər”.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Biomedikal Agentliyinin (FBA) rəhbəri Veronika Skvortsova bildirib.
O qeyd edib ki, burun boşluğunda virusun müəyyən edilməməsi onun tamamilə orqanizmdən yoxa çıxması demək deyil:
“Güclü soyuqdəymə və ya stress səbəbindən koronavirus bir müddət sonra yenidən inkişaf edir və bu, test nəticəsində özünü müsbət olaraq büruzə verir”.
Rusiyalı mütəxəssis əlavə edib ki, ona görə də yoluxmuş insanlarda virusa qarşı immunitet reaksiyasını qiymətləndirmək üçün ciddi tədqiqatın aparılması olduqca vacibdir.
Qeyd edək ki, daha əvvəl Buryatiyada koronavirusa yoluxmuş bir xəstədə sağaldıqdan sonra belə bir halın meydana çıxdığı bildirilmişdi. Lakin Səhiyyə Nazirliyinin regional idarəsi bu məlumatı təkzib etmişdi.

Rəşad Sarıyev
Oxşar yazılar

“Kraliça”nın hekayəti: “Milislər məni sürüyür, Çita da dirənib ki pulumu ver...” – XVIII BÖLÜM
27 yanvar 2021 , 20:15
Ekoloqlardan HƏYƏCAN TƏBİLİ: Yerə atılan maskalar 500 ilə çürüyəcək
27 yanvar 2021 , 19:07
Füzulinin Xələfşə kəndi - VİDEO
27 yanvar 2021 , 17:46
Hava XƏBƏRDARLIĞI: güclü külək əsəcək, qar yağacaq
27 yanvar 2021 , 17:42
"Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil" - RƏSMİ
27 yanvar 2021 , 16:29
Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü
27 yanvar 2021 , 16:17
"COVİD pasportu" ilə bağlı RƏSMİ AÇIQLAMA
27 yanvar 2021 , 16:15
Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07