Kadırov Moskvaya aparıldı – Koronavirus şübhəsiylə
21 may 2020 18:18 (UTC +04:00)

Kadırov Moskvaya aparıldı – Koronavirus şübhəsiylə

Çeçenistan rəhbəri Ramzan Kadırov koronovirusa yoluxma şübhəsiylə Moskva klinikalarının birinə yerləşdirilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl onun səhhəti pisləşib və həkimlər Kadırovun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər. İlkin informasiyaya görə, Kadırovun ağ ciyərlərində iltibah var və o, COVID-19-a yoluxmada da şübhəli bilinir.

“Znak”ın yazdığına görə, Çeçenistan hökuməti Kadırovun səhhəti ilə bağlı xəbərə şərh verməyib.

# 5386
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar