“Sabah” yeni mövsüm üçün ilk transferini açıqladı
21 may 2020 11:30 (UTC +04:00)

“Sabah” yeni mövsüm üçün ilk transferini açıqladı


“Sabah” növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubuyla razılıq əldə olunub. 

21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdür.

# 2134
avatar

Oxşar yazılar