20:32
20 May 2020

Türkiyədə koronavirusa yoluxanların sayı 152 mini keçdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 20 838 şübhəli koronavirus testindən keçib, onlardan 972-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4222 nəfər ölüb, 152 587 nəfər bu infeksiyaya yoluxub, 113 987 nəfəri isə müalicə olunub. Bu gün daha 1092 xəstə evə buraxılıb.

Dİgər xəbərlər