14:03
20 May 2020

İranda koronavirusdan daha 64 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 64 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7183 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1889 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 126 949 nəfərə çatıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2673 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Dİgər xəbərlər