1924
13:52
20 May 2020

Bu ölkədə koronavirusdan ölənlər rekord həddə çatdı

Braziliyada SARS-CoV-2 koronavirusuna görə ölüm halı əvvəlki rekord həddi keçib.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu ölkədə bir gündə 1179 nəfər həyatını itirib.

Bundan əvvəlki yüksək göstərici mayın 12-də qeydə alınıb: o zaman 881 pasiyent COVID-19-dan ölmüşdü.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epdemiya ən azı 17,9 min vətəndaşın həyatına son qoyub.
Braziliya hazırda koronavirusa yoluxma halının aşkarlanmasına görə ABŞ və Rusiya ilə birgə ilk üçlükdədir. Rəsmi statistikaya görə, Latın Amerikası ölkəsində 271,8 min yoluxma qeydə alınıb.