1489
15:52
18 May 2020

"Seltik" çempion elan olundu

Şotlandiya Premyer Liqasında mövsüm başa çatdırılıb.

Apasport.az saytının məlumatına görə, federasiyası koronavirus pandemiyası səbəbindən qalan oyunların keçirilməməsini qərara alıb.

Klubların iclasında elitada çıxış edən 12 klub rəhbərliyinin hər biri mövsümün başa çatdırılması qərarını dəstəkləyib. Bundan sonra yerli federasiya mövsümü yekunlaşdırıb və ən yaxın izləyicisi “Reyncers”dən 13 xal öndə olan “Seltik”i çempion elan edib. Bununla “Seltik” ardıcıl 9-cu çempionluğunu qazanıb. Sonuncu pillənin sahibi “Harts” isə aşağı liqaya göndərilib.

Qeyd edək ki, Şotlandiya Premyer Liqası XXX turdan sonra dayandırılıb.