4032
08:38
18 May 2020

İrandan ABŞ-a XƏBƏRDARLIQ: qəti reaksiya veriləcək

İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı ABŞ-ın İslam Respublikasında maraqlarını təmsil edən İsveçrə Səfirini qəbul edərək rəsmi Vaşinqtona Venesuelaya yanacaq daşıyan İran tankerlərini təqib etmələri barədə xəbərdar edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Abbas Araqçı Ağ Evin bu hərəkətinə qarşı İran tərəfinin qəti reaksiya veriləcəyini bildirərək, bunun üçün ABŞ hökuməti cavabdeh olacağını deyib.

İsveçrə səfiri öz növbəsində bu sözləri dərhal ABŞ Administrasiyasının nümayəndələrinə çatdıracağına söz verib.

Bu arada İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin Baş katibi Entoni Quterrişə məktub göndərib. Məktubda ABŞ-ın beynəlxalq hüquqa, xüsusən də naviqasiya azadlığına hörmət etməli olduğu vurğulanıb.

Cavad Zərif Vaşinqtona hər hansı bir qanunsuz hərəkətin olması halında İran tərəfinin təhdidlərə qarşı lazımi və mütənasib addımlar atmaq hüququnu xatırladıb.

Xatırladaq ki, daha əvvəl “Reuters” ABŞ Administrasiyasının nümayəndəsinə istinadən bildirmişdi ki, Vaşinqton Karakasa yanacaq tədarükü etdiyinə görə rəsmi Tehrana qarşı tədbirlər görmə imkanlarını nəzərdən keçirir.

Dİgər xəbərlər