15:41
14 May 2020

AFFA-dan koronavirus testi üçün klublara MALİYYƏ YARDIMI


Azərbaycan Premyer Liqa klublarında koronavirus testindən keçirilməsi prosesinə start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi iclasında bu məsələyə toxunulub.

Premyer Liqa təmsilçilərinin məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bu prosesin davam etdiyini bildiriblər.

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir kluba qurum tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.

Dİgər xəbərlər