7567
17:52
13 May 2020

Mayın 31-dən sonra müəyyən yumşalma gözlənilir - Qərargah

“Hazırda xüsusi karantin rejimi ilə bağlı ölkədəki vəziyyət kompleks şəkildə qiymətləndirilir və növbəti addımların atılması nəzərdən keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, müəyyən yumşaldılma tədbirləri də müzakirə olunmaqdadır: “Mayın 31-dən sonra xüsusi karantin rejimi ilə bağlı hər hansı fikrin söylənməsi tez olar”.