<font color=red>®</font> "Optimal" Ramazan ayında "Biz birlikdə güclüyük!" adlı yardım aksiyası keçirib   - FOTO
13 may 2020 17:10 (UTC +04:00)

® "Optimal" Ramazan ayında "Biz birlikdə güclüyük!" adlı yardım aksiyası keçirib - FOTO

“Optimal” Ramazan ayında “Biz birlikdə güclüyük!” adlı yardım aksiyası keçirərək 200 ailəyə ərzaq sovqatı paylayıb.

“Optimal”dan Lent.az-a verilən məlumata görə, 1997-ci ildən etibarən keyfiyyətli xidmət göstərməklə yanaşı, şirkət mütəmadi olaraq sosial layihələrin keçirilməsini təməl prinsiplərindən biri halına gətirmişdir.

Ramazan ayı münasibətilə Optimal Elektronika şirkəti, “Biz birlikdə güclüyük!” adlı yardım aksiyası çərçivəsində Bakı şəhərinin müxtəlif qəsəbələrində məskunlaşan Şuşa, Ağdam, Xocalı, Füzuli və Zəngilandan olan məcburi köçkün və şəhid ailələri ilə görüşərək ərzaq sovqatlarını çatdırıb.

Un, yağ, toyuq əti, şəkər tozu, yumurta, düyü və digər zəruri qidalar daxil olmaqla 17 çeşid ərzaq məhsullarından ibarət yardım paketlərini 200 ailəyə paylayaraq mövcud vəziyyətlə bağlı risk qrupuna daxil olan insanların evdə qalması və sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub.

# 2401
avatar

Oxşar yazılar