11:40
13 May 2020

Rusiyada daha 96 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 10 028 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 242 271 nəfərə çatıb.

Son sutka ərzində 96 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2212 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 48 003 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünya ölkələri sırasında ABŞ-dan sonra ikinci yerdə gəlir.

Dİgər xəbərlər