Namiq keçmiş müğənni sevgilisinin adını çəkdi: NƏLƏR DEMƏDİ
12 may 2020 11:38 (UTC +04:00)

Namiq keçmiş müğənni sevgilisinin adını çəkdi: NƏLƏR DEMƏDİ

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı Xalq artisti Aygün Kazımova barəsində danışıb.

Lent.az-ın məlumatına görə, söz ustası bir zamanlar sevgili olduğu müğənni barədə “Söhbətsiz” verilişində bu sözləri deyib: “Aygün Kazımovadan sonra duet təklifləri çox oldu, amma alınmadı. Elə başa düşürəm ki, mənə duet təklif edənlər toya gedib pul qazanmaq istəyirlər.

Mən Aygün Kazımovadan çox şey öyrənmişəm. Hələ də onun təcrübəsindən yararlanıram. Ulduz olmağından əlavə, yaxşı prodüserdir.

Elə məqamlar var idi ki, yüksək pul verilsə də, biz eyni səhnəyə çıxmayacaqdıq. Ancaq bunlar keçmişdə qaldı. Məndən asılı olan problem deyil. Bir neçə dəfə narazılıq yaranıb. Amma efirdə danışılmayıb. Bir dəfə Emin Musəvinin xahişi ilə Moskvaya toya getdik. Daha sonra bir prodüser adımıza beh götürmüşdü, xahiş etdi, biz də toyda çıxış etdik. Peşman da deyilik. Çox rahat şəkildə səhnəyə çıxdıq”.

# 30033
avatar

Yalçın UĞUR

Oxşar yazılar