Zibil qutusundan təzə doğulan uşaq tapıldı - VİDEO
07 may 2020 19:32 (UTC +04:00)

Zibil qutusundan təzə doğulan uşaq tapıldı - VİDEO

Türkiyənin Qaziantep vilayətində zibilliklərdən qutu toplayan iki qardaş təzə doğulmuş körpə tapıblar.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, qutu toplayan iki qardaş zibil konteynerinin içərisini qarışdırarkən, parçaya bürünmüş bir günlük qız uşağı tapıblar. Uşağın sağ olduğunu görən qardaşlar onu yaxınlıqdakı özəl xəstəxanaya aparıblar.

Sonra olayla bağlı polisə məlumat verilib. Körpəni tapan iki qardaş ifadə vermək üçün polis bölməsinə getdiyi halda, uşağı həkimlər nəzarətə götürüb.

# 6360
avatar

Mehman Nəbiyev

Oxşar yazılar