Muslera “Qalatasaray”dan gedir?
05 may 2020 10:38 (UTC +04:00)

Muslera “Qalatasaray”dan gedir?

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Fernando Muslera karyerasını Argentinada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, uruqvaylı qapıçı “Boka Xuniors”un maraq dairəsinə düşüb.

Yeni qolkiper axtarışında olan argentinalılar yayda qapıçısız qalmaq təhlükəsi ilə üzləşib. Komandanın əsas əlcək sahibi Esteban Andrada Avropa klublarının maraq dairəsindədir və yayda “Köhnə qitə”yə yollanmağı planlaşdırır. İcarə əsasında “Boka Xuniors”da çıxış edən Gilyermo Dias da komandadan ayrılacaq. Aqustin Rossinin “Udineze”yə keçəcəyi bildirilir.

Hər üç qapıçısını itirmək təhlükəsi ilə üz-üzə olan klubun rəhbərliyi bu səbəbdən də Musleranı heyətində görmək istəyir. Argentinalılar bu keçidi yayda gerçəkləşdirmək niyyətindədir.

# 1650
avatar

Oxşar yazılar