2606
13:36
02 May 2020

Özbəkistanda fəlakət - YÜZLƏRLƏ EV SU ALTINDA

Özbəkistanın Sideriya əyalətində böyük Sardoba su anbarının divarının çökməsi fəlakətlə nəticələnib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, su anbarının divarının çökməsinə şiddətli yağışlar səbəb olub.

Baş verən hadisə nəticəsində yüzlərlə ev su altında qalıb. 56 insanın yaralandığı hadisədə 70 min insan fəlakət baş verən ərazidən köçürülüb.

Özbəkistanın prezidenti Şevkət Mirzəyev fəlakətin baş verdiyi bölgəyə gedib.