1924
17:57
24 Aprel 2020

Deputat həmkarlarının Elmar Məmmədyarovu tənqid etməsi ilə razılaşmır

Milli Məclisin iclasında deputat Hicran Hüseynova deputatların xarici işlər naziri Elmar Məmmədyarovu mətbuatda tənqid etməsinin yolverilməz olduğunu bildirib.

APA-nın məlumatına görə, H. Hüseynova müharibə şəraitində olan ölkənin xarici işlər nazirinin deputatlar tərəfindən tənqid edilməməsini istəyib.

Deputat Fəzail Ağamalı isə deyib ki, xarici işlər nazirimiz daha cəsarətli olmalıdır: “Elmar Məmmədyarovun dişsiz bəyanatlarına reaksiya verənlərdən biri də mənəm. Deputatlar Milli Məclisin Daxili Nizamnaməsinə uyğun fikirlərini ifadə etməlidirlər. Torpaqları işğal altında olan ölkənin Xarici İşlər naziri daha radikal çıxış etməlidir”.

Deputat Tahir Kərimli isə deputatların çıxışları ildə bağlı iradın yolverilməz olduğunu vurğulayıb.