903
06:28
24 Aprel 2020

İsveçrə hökumətindən dərin tənəzzül XƏBƏRDARLIĞI

İsveçrə hökuməti bu il ölkə iqtisadiyyatının 6.7% azalacağını proqnozlaşdırıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, hökumət bunu koronavirusun yaratdığı səbəblərlə əlaqələndirib.

İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin hesabatında qeyd edilib ki, epidemiya ölkədə dərin tənəzzülün baş verəcəyinə gətirib çıxaracaq.

Lakin o da vurğulanıb ki, gələn il kütləvi idman tədbirləri nəticəsində iqtisadiyyatın 5.2% artması gözlənilir.