533
15:33
23 Aprel 2020

Opera solisti Yusif Eyvazov sosial hesabında layihəyə start verib

Xalq artisti Yusif Eyvazov yeni layihəyə başlayıb. Lent.az xəbər veriri ki, məşhur opera müğənnisi Yusif Eyvazov özünün “yusif_eyvazov_official” “Instagram” səhifəsində “Maraqlı adamlarla söhbət” adlı yeni layihəyə start verib.

Layihə çərçivəsində o, canlı yayımda tanınmış musiqiçilər və artistlərlə görüşlər keçirəcək. Canlı yayımlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri baş tutacaq. Yusif Eyvazovun ilk qonağı Sankt-Peterburqun Mariinski teatrının bədii rəhbəri Valeri Gergiyev və skripkaçı Maksim Vengerov olublar.

Qarşıda Yusif Eyvazovun “Instagram” səhifəsinin qonaqlarını Plasido Dominqo, Elçin Əzizov, İqor Butman, Denis Matsuyev və digər məşhurlarla görüşlər gözləyir.