Birinci Distant Respublika Musiqi müsabiqəsi elan edildi
23 aprel 2020 15:45 (UTC +04:00)

Birinci Distant Respublika Musiqi müsabiqəsi elan edildi

Mədəniyyət Nazirliyi respublikada fəaliyyət göstərən uşaq, musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzləri şagirdləri arasında birinci Distant (məsafədən) Respublika Musiqi müsabiqəsi keçirir.

Nazirlikdən Lent.az-a bildirilib ki, müsabiqənin əsas məqsədi ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mövcud sosial təcrid şəraitində bədii təhsil müəssisələrinin fəaliyyətinin aktivləşdirilməsi, aparılan distant dərslərin nəticə və göstəricilərinin stimullaşdırılması, karantin dövründə məsafədən təhsil alan şagirdlərin dəstəklənməsi və nailiyyətlərinin təbliğ edilməsindən ibarətdir.

Müsabiqə bir turdan ibarət olaraq, fortepiano, xalq çalğı, simli, nəfəs və zərb alətləri, xanəndəlik və vokal ixtisasları üzrə təhsil alan uşaq, musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzlərinin şagirdləri arasında fortepiano, simli alətlər ixtisasları üzrə üç qrupda (I qrup II-IV siniflər, II qrup V-VII siniflər, III qrup VIII-XI siniflər), nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndəlik və vokal ixtisasları üzrə isə iki qrupda (I qrup III-V siniflər, II qrup VIII-XI siniflər) keçirilir.

İştirakçıların çıxış proqramlarının video yazısı və lazımi sənədləri bir elektron qovluğa yerləşdirilərək mayın 5-dək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına elm.memim@gmail.com, göndərilməlidir.

Müsabiqədə hər tədris müəssisəsindən hər ixtisas və qrup üzrə yalnız bir nəfər iştirak edə bilər.

Qaliblər diplom və müvafiq hədiyyələrlə mükafatlandırılacaqlar.

# 2497
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar