11:48
21 Aprel 2020

Qonşu ölkədə zəlzələ: Azərbaycanda da hiss olunub


Bu gün saat 10:08-də Zaqatala stansiyasından 52 km qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA -ya verilən xəbərə görə, zəlzələnin maqnitudası 3.8, dərinliyi 2 km olub.

Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

Dİgər xəbərlər