07:18
20 Aprel 2020

Türkiyənin tanınmış uroloqu koronavirusdan vəfat edib - FOTO

Türkiyənin tanınmış urolqu 74 yaşlı Cemal Özkan yeni növ kronavirusun (COVID-19) qurbanı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, tanınmış cərrahın 20 gün öncə COVID-19 müayinə testi pozitiv çıxıb.

Cemal Özkan 30 il çalışdığı Dənizli Dövlət Xəstəxanasında 10 gün reanimasiya şəraitində müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

O, həm də qaçış üzrə dəfələrlə Türkiyə çempionu olaraq da tanınıb.

İki övlad atasının ailəsindən və yaxınlarından heç kimdə COVID-19 aşkarlanmayıb.

Dİgər xəbərlər