Pandemiya hansı maşınları ucuzlaşdırdı? - Ekspertdən açıqlama
19 aprel 2020 16:30 (UTC +04:00)

Pandemiya hansı maşınları ucuzlaşdırdı? - Ekspertdən açıqlama

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhainin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır.

Ölkədə hazırkı durumda maşınların qiymətini öyrənmək üçün avtomobil satışı üzrə ekspert Sərxan Qədirovun fikirlərini aldıq. O, Lent.az-a verdiyi açıqlama zamanı qiymətlərdə kəskin ucuzlaşma olduğunu dilə gətirib:

“Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır. Ancaq yenə də, alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir. Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Ancaq sovet maşınlarının qiymətində heç bir enmə qeydə alınmayıb. Bu da həmin avtomobillərə olan tələbatdan irəli gəlir. Karantin günlərindən sonra alıcıların kütləvi şəkildə bazara axışı gözlənilir. Buna görə də qiymətlərin ən azı əvvəlki səviyyəyə qalxacağı qaçılmazdır. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaq. Sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar