08:20
18 Aprel 2020

Türk Hava Yolları ABŞ-ın 3 şəhərində qalan vətəndaşları üçün uçuş təşkil edəcək

Türk Hava Yolları (THY), yeni növ koronavirusla (COVİD-19) bağlı görülən təbirlər çərçivəsində uçuşlarını ləğv etsə də, Türkiyəyə dönə bilməyən vətəndaşlar üçün çarter resylərini davam etdirir.

APA-nın yerli bürosunun xəbərinə görə, THY-dən bildirilib ki, aprelin 23-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindən Türkiyəyə dönmək üçün müraciət edənlərə Kolumbiya bölgəsindən (District of Columbia), aprelin 24-də isə Los Ancelesdən gələnlərə uçuşlar təşkil edəcək.

Qayıtmaq istəyənlər 14 gün ABŞ-da, sonra isə Türkiyədə karantinə alınacaqlar.

COVİD-19-un əlamətləri aşkarlananlar təyyarələrə qəbul edilməyəcək.

Bilet satışı və digər təfərrüatlar barədə vətəndaşlara əlavə məlumat veriləcək.

Dİgər xəbərlər