09:58
18 Aprel 2020

"Əsas hədəf vətəndaşların sosial təminatının gücləndirilməsidir" - DEPUTAT

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda əhalinin məşğulluq imkanlarının genişləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri seçilib.
Bu imkanlar necə yaradılır və əhali bu tədbirlərdən hansı formada yararlanır və yararlana biləcək?

Deputat, iqtisadçı-alim Vüqar Bayramov Lent.az -a bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın vətəndaşlara təsirlərinin minimallaşdırılması ilə bağlı tədbirlər davam etdirilir: "Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir. Prezidentin taşırıqlarına əsasən işləməyən vətəndaşların sosial təminatının yaxşılaşdırılması ilə bağlı bir neçə proqramın icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir. Bir tərəfdən birdəfəlik ödənişlər həyata keçirilir ki, bu yardımları alan vətəndaşların sayında artımlar müşahidə olunur. Eyni zamanda mövcud proqramların genişləndirilməsi, daha çox vətəndaşlarımızı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Praktik olaraq pandemiya dövründə də prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşan siyasətin məhz əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir. Bu istiqamətdə artıq DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 30 milyon vəsaitin ayrılması həyata keçiriləcək. Bu 50 min vətəndaşımızın ödənişli ictimai iş yerlərindən faydalanmasına imkan verəcək. Bununla da ödənişli ictimai işlərdən yararlanan vətəndaşların sayı 90 minə çatacaq".

Deputat eyni zamanda, digər istiqamətlərdə görülən işlərə də toxunub. Qeyd edib ki, birdəfəlik sosial yardımların verilməsi əhatəsi də genişlənməkdədir: "Aprelin 14-də keçirilən müşavirədə prezident pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi. Bu da nəticə etibarilə daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək. Nəzərə alsaq ki, iqtisadi paket məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməkdədir. Bu istiqamətdə sahibkarlıq subyektləri, eləcə də fərdi sahibkarlardan müraciətlər daxil olur, yaxın zamanda ödənişlərin verilməsinə başlanılacaq. O cümlədən, özünüməşğulluq, ünvanlı sosial yardım proqramının genişləndirilməsi həyata keçirilir.

Ümimiyyətlə, pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir vətəndaşa xüsusi diqqət yetirir. Eyni zamanda onun sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi var. Bu isə pandemiya dövründə bir daha həmrəyliyin gücləndirilməsi anlamına gəlir. Məhz bu həmrəylik sayəsində Azərbaycanda koronovirusun təsir etdiyi vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır".

Dİgər xəbərlər