Milli Məclisin karantin zamanı iş rejimi dəyişdi
17 aprel 2020 11:50 (UTC +04:00)

Milli Məclisin karantin zamanı iş rejimi dəyişdi

"Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar