Koronavirusla bağlı Suriyada vəziyyət necədir? - Ölənlərin sayının gizlədildiyi iddia olunur
13 aprel 2020 19:48 (UTC +04:00)

Koronavirusla bağlı Suriyada vəziyyət necədir? - Ölənlərin sayının gizlədildiyi iddia olunur

ABŞ və Avropa öndə olmaqla, dünyanın bir çox ölkəsi koronavirusla mübarizə apardığı zaman, 10 ilə yaxındır müharibə şəraitində olan Suriyanın durumu hər kəsi daha çox maraqlandırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaş müharibəsi zamanı 10 minlərlə insanın öldüyü Suriyada virusun yayılmasının qarşısını almaq üçün Dəməşq hökuməti bir müddət əvvəl sərhədləri bağlayıb. Həmçinin ölkədə şəhər və rayonlararası səfərlər qadağan edilib, təhsil tam dayanıb.

Əsəd rejimi ölkədə, sadəcə 19 yoluxma və 2 nəfərin öldüyünü açıqlayıb. Ancaq əhali arasında göstərilən bu rəqəmlərə inam yox səviyyəsindədir. Suriyada gündəlik olaraq, yalnız Dəməşqdə 100 insana test edildiyi bildirilir. Bundan əlavə, ölkənin səhiyyə infrastrukturunun müharibə nəticəsində dağıldığı da qeyd olunur.

Beynəlxalq tibb mütəxəssisləri isə Əsəd rejimini koronavirusun nəticələrini aşağı göstərməkdə günahlandırırlar. Londonad olan həkim Zəki Mehçi.ş “Səhiyyə işçiləri Suriyada virus səbəbilə bir çox insanın öldüyünü düşünür. Ancaq ölkənin təhlükəsizlik qüvvələri onlara bu mövzuda danışmamaq təlimatı veriblər”, - deyib.

# 1791
avatar

Mehman Nəbiyev

Oxşar yazılar