12:52
13 Aprel 2020

Tarzən Şəhriyar İmanov evdən konsert verəcək

Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən Əməkdar artist Şəhriyar İmanov bu dəfə izləyiciləri #senetinledestekle layihəsində evdən salamlayacaq.

Lent.az xəbər verir ki, istedadlı tarzən geniş diapazona malik milli musiqi alətlərimizin imkanlarını sübut edərək, dünya musiqisinin 7 notun sehrinə köklənərək insanların duyğularını ifadə etməsindən, ifaçılıq təcrübəsindən söz açacaq, izləyicilərin suallarını cavablandıracaq.

Şəhriyar İmanovun musiqi dünyası ilə tanış olmaq istəyənlər aprelin 14-də saat 18.00-da Baş İdarənin @bakimedeniyyetidaresi və sevimli tarzənin @shahriyarimanov “İnstagram” hesablarından canlı konsertə baxa bilərlər.

Dİgər xəbərlər