07:20
11 Aprel 2020

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub

Ukraynada 334 tibb işçisində COVID-19 virusu aşkar olunub.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlayıb.

“Biz 2203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçiləridir. Biz onların şəxsi mühafizəsi üçün gündəlik olaraq avadanlıqlarla təmin edirik”, nazir belə deyib.

Cümə günü Ukrayna Silahlı Qüvvələrinin tibbi bölmələrinin komandanlığı da Ukrayna ordusunda üç yeni koronavirus infeksiyasına yoluxma barədə məlumat verib. Ukraynadakı virusa yoluxan hərbçilərin ümumi sayı 10 nəfərə çatıb, onlardan biri ölüb.

Ümumilikdə, Ukraynada 2203 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 69 nəfər ölüb, 61 xəstə isə sağalıb.

Dİgər xəbərlər