"Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cudur" - İlham Əliyev
10 aprel 2020 17:12 (UTC +04:00)

"Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cudur" - İlham Əliyev

“İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir: “Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır”.

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilmişdir: “İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də daxili istehsal ehtiyacı yaranmışdır. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.

Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”.

# 1856
avatar

Oxşar yazılar