Postsovet ölkələrində virusdan ölüm halı dünyaya nisbətən 5 dəfə azdır
10 aprel 2020 12:39 (UTC +04:00)

Postsovet ölkələrində virusdan ölüm halı dünyaya nisbətən 5 dəfə azdır

MDB ölkələrində, habelə Ukrayna və Gürcüstanda koronavirusldan ölüm nisbəti dünyada bu virusdan ölüm nisbətindən 5 dəfə azdır.

Lent.az-ın Rusiya KİV-ə istindən verdiyi məlumata görə, MDB ölkələri arasında ən çox yoluxma halı Rusiyada qeydə alınıb. Bu ölkədə virusa yoluxanların sayı 10 mini keçib.

Sonrakı yerləri Belarus (1 486 ) və Moldova (1 289) tutur.

Azərbaycanda 926, Ermənistanda 921, Qazaxıstanda 781, Özbəkistanda 582, Qırğızıstanda 280 yoluxma var.

# 1209
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar