Braziliyada xalqdan prezidentə XƏBƏRDARLIQ:  "evdə qal"
10 aprel 2020 12:36 (UTC +04:00)

Braziliyada xalqdan prezidentə XƏBƏRDARLIQ: "evdə qal"

Koronavirus təhlükəsinə önəm verməyən Braziliya prezidenti Jair Bolsonaronun növbəti hərəkəti etiraza səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkənin paytaxtı Braziliya şəhərində şirniyyat sexini ziyarət edərək işçilərlə şəkillər çəkdirib. Prezidentin maska və əlcək taxmaması ətrafdakı insanların sərt reaksiyasına əbəb olub. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanlar Bolsonaroya “evinə qayıt” deyə çağırış ediblər.

Digər tərəfdən, braziliyada son 24 saatda 141 nəfər koronavirusdan dünyasını dəyişib. Yoluxanların sayı isə 1930 nəfər artaraq, 17 min 857-ə yüksəlib.

# 1002
avatar

Mehman Nəbiyev

Oxşar yazılar