799
12:07
10 Aprel 2020

İspaniyalı məşqçi İtaliya klubuna gəlməkdən imtina etdi

İtaliyanın “Milan” baş məşqçi postuna namizədlər sırasında olan mütəxəssislərdən biri A seriyası təmsilçisini çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı məşqçi Marselino Toral İtaliya klubunun “sükanı arxası”na keçməkdən boyun qaçırıb.

“Valensiya”nın sabiq çalışdırıcısının belə addımına əvvəlki vəzifəsindən yeni kənarlaşdırılması səbəb olub. “Yarasalar”ı klub prezidenti Piter Lenqli ilə münaqişə səbəbindən postundan kənarlaşdırılan ispaniyalı mütəxəssis bir müddət istirahət etməyi məqsədəuyğun sayıb.