Türkiyədə başına 1 milyon qoyulan terrorçu tutuldu
10 aprel 2020 11:47 (UTC +04:00)

Türkiyədə başına 1 milyon qoyulan terrorçu tutuldu

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.

Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.

Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib.

# 1410
avatar

Oxşar yazılar