Karantinə əməl etməyən çay evi sahibinin İŞİ MƏHKƏMƏDƏ
10 aprel 2020 11:03 (UTC +04:00)

Karantinə əməl etməyən çay evi sahibinin İŞİ MƏHKƏMƏDƏ

Bakının Binəqədi qəsəbəsində karantin rejimi qaydalarını pozan çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətiriliblər.

Karantin qaydalarını pozan müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Səfalı Rüstəmov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.

# 1005
avatar

Mehman Nəbiyev

Oxşar yazılar