Britaniyada koronavirusdan ölənlərin sayı 7978 nəfərə çatıb
10 aprel 2020 01:50 (UTC +04:00)

Britaniyada koronavirusdan ölənlərin sayı 7978 nəfərə çatıb

 

Britaniyada koronavirusdan ölənlərin sayı son sutka ərzində 881 nəfər artaraq 7978 nəfərə çatıb. 

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Naziri Dominik Raab hökumətin koronavirusla bağlı keçirdiyi günlük konfransda məlumat verib.

O, Britaniyada koronavirusa yoluxanların sayının isə 65 077 nəfərə çatdığını qeyd edib.

# 806
avatar

Oxşar yazılar