“Su-35 və MiQ-35 hava məkanında üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09 aprel 2020 15:20 (UTC +04:00)

“Su-35 və MiQ-35 hava məkanında üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant


“Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir. HHQ-də aparılan genişmiqyaslı islahatlar Azərbaycan hərbi aviasiyasının hava məkanında, xüsusilə hava əməliyyatlarının keçirilməsi zamanı döyüş imkanları baxımından Ermənistandan üstün olmağa şərait yaradıb”.

APA xəbər verir ki, bunu Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hazırda ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov bildirib.

Onun sözlərinə görə, Su-35 və MiQ-35 təyyarələrinin Azərbaycana tədarükü barədə aparılan danışıqlar çox güman ki, yaxın zamanda ölkəmizin HHQ-nin daha da gücləndirilməsinə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar