Pensiya və müavinətlərin verilməsi gecikməyəcək - NAZİR
07 aprel 2020 18:04 (UTC +04:00)

Pensiya və müavinətlərin verilməsi gecikməyəcək - NAZİR

Aprel ayı üzrə pensiya və digər müavinətlərin verilməsi vaxtı önə çəkilib.

Lent.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sabahdan başlayaraq ayın 15-nə kimi bütün ölkə üzrə pensiya ödənişləri tam şəkildə həyata keçiriləcək: "Müavinət və təqaüdlər, adətən ayın sonunda ödənilirdi. Onları da önə çəkmişik. Ayın 20-21-də ölkə üzrə bütün müavinət və təqaüdlər veriləcək. Ünvanlı yardım isə ayın sonunda ödəniləcək ki, aprel ayı ərzində bu müavinət üçün yeni qeydiyyata alınan insanları da əhatə edə bilək. 2 milyon 300 min insana orta hesabla edilən aylıq ödənişimizin məbləği 500 milyon manatdan artıqdır. Bütün insanlarımıza heç bir gecikmə olmadan ödənişlər həyata keçiriləcək".

Nazir pensiyaçılara  müraciət edərək bildirib ki, 2 milyon 300 min insanın içində 700 min insan 65 yaşdan yuxarı şəxslərdir: "Bu yaşda olanların evdən çıxması qadağan olunduğu üçün bu yaşda olan pensiya və müavinətlər alanlardan xahiş edirik ki, buna əməl etsinlər. Pensiya ödənişlərinin nağdlaşdırılmasını qohumlar vasitəsilə həyata keçirsinlər. Tənha yaşayan şəxslər və ailə üzvünün dəstəyindən istifadə edə bilməyənlər 142 çağrı mərkəzinə müraciət edə bilərlər. Bizim sosial xidmətçilər onlara kömək edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141

Oxşar yazılar