Bakıda yaşayış binasında yanğın baş verib - FOTO - VİDEO
07 aprel 2020 00:14 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın baş verib - FOTO - VİDEO

 

Bakının Yasamal rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Dadaş Bünyadzadə 12 ünvanında qeydə alınıb.

10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində elektrik şitində partlayış olub. Daha sonra elektrik xətləri alovlanıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Sakinlər təxliyə olunub.

# 1244
avatar

Oxşar yazılar