Dövlət Fondu 100-dən artıq ailəyə ərzaq yardımı etdi - FOTOLENT
06 aprel 2020 19:29 (UTC +04:00)

Dövlət Fondu 100-dən artıq ailəyə ərzaq yardımı etdi - FOTOLENT

Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçiriblər.

Lent.az-ın məlumatına görə, aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha imkansız şəxslərə 1 aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb. 100-dən artıq ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilmiş və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib. Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və #evdeqal cağrışının təmin olunması məqsədilə təşkil olunub.

# 3460
avatar

Mehman Nəbiyev

Oxşar yazılar