Xəstəxanaya gedən kişi yolda öldü
06 aprel 2020 19:06 (UTC +04:00)

Xəstəxanaya gedən kişi yolda öldü

Saray qəsəbə sakini öz avtomobilində dünyasını dəyişib.

Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, Abşeron rayonu, Saray qəsəbə sakini 70 yaşlı M. Abbasov "VAZ 2107" markalı avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edərkən qurulmuş buraxılış məntəqəsinin yaxınlığında  sürücünün halı pisləşib və  sükan arxasında dünyasını dəyişib.

Avtomobildə M.Abbasov ilə bərabər onun 41 yaşlı oğlu Z.Abbasov da olub. 

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. 

Onun evdən 1 saylı Sumqayıt şəhər Xəstəxanasına getmək üçün çıxdığı bildirilir.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

# 2118
avatar

Mehman Nəbiyev

Oxşar yazılar