80 və 89 yaşlı ər-arvad koronovurusdan sağaldı
06 aprel 2020 18:27 (UTC +04:00)

80 və 89 yaşlı ər-arvad koronovurusdan sağaldı

Türkiyənin Ankara şəhərində 80 və 89 yaşlı ər-arvad koronovurusdan sağalıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar hər ikisi 13 gün əvvəl yüksək temperatur şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Koronovurusa yoluxduqları məlum olan yaşlı ər-arvad 13 gündən sonra onları müalicə edən həkimlərin alqışları altında evlərinə yola salınıb.

Sağalanların evlərində də 14 gün nəzarətdə saxlanacağı açıqlanıb.

# 1603
avatar

Aygün İbrahimli

Oxşar yazılar